ABŞ-da universitetdə atışma olub, 2 nəfər ölüb!

2 Mart 2018 20:32 (UTC+04:00)

ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb. İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.