Ukrayna-Rusiya sərhədində atışma olub

Ukraynadan Rusiya sərhədinə keçən bir nəfər yaxalanıb. Axar.az xəbər verir ki, ələ keçirilən şəxs nəzarətdən qaçmaq istəyib və atəş açıb, bu zaman həmin şəxs özü qarşıdurma zamanı yaralanıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

FSB 31 yaşlı bir nəfərin 2 tapança və 5 əl qumbarası ilə sərhədi keçməyə cəhd etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...