İranın paytaxtı köçürülür?

İranda "Gənc Jurnalistlər Klubu" adlı xəbər saytının məlumatına görə, İranın yeni paytaxtının Təbriz olacağı barədə rəsmi şəxslər arasında müzakirələr aparılır. SİA-nın xəbərinə görə, bunu millət vəkili Zəhra Təbibzadə deyib. Paytaxtın köçürülməsi ilə əlaqdədar məsələnin İran Milli Məclisinin gündəmində olduğunu deyən Təbibzadə bu fikrə etdiraz etdiyini də qeyd edib.

Onun sözlərinə görə, əgər Təbriz sosial və iqtisadi cəhətdən tam inkişaf etməsə sonu Tehran kimi olacaq: "Hakimiyyət Təbrizin hərtərəfli inkişafına şərait yaratmasa paytaxtı Tehrandan Təbrizə köçürməyin heç bir mənası yoxdur. Əks təqdirdə o da hazırkı paytaxtın inkişaf səviyyəsində olacaq və bu bizi qane etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə