"Vəziyyət hələ də qeyri- sabitdir" - İran polisi

"Döyüş əməliyyatlarının dayanmasına baxmayaraq, ölkədə vəziyyət hələ də qeyri-sabit olaraq qalır."

Bu barədə İran Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əli Zeynivand deyib. O bildirib ki, icra strukturları vəziyyətin sabitləşdirilməsi, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün praktik addımlar atmalıdır: “Müharibə tam başa çatdıqdan sonra seçkilərin keçirilməsi ilə bağlı qrafiki elan edəcəyik. İran Silahlı Qüvvələri tam döyüş hazırlığındadır. Ordunun hazırlıq səviyyəsi fevral ayında başlayan müharibədən sonra ciddi şəkildə yüksəlib və hazırda ən yüksək həddə çatıb.

Cənub sərhədlərində yaranan çətinliklərə baxmayaraq, şərq, qərb və şimal sərhəd keçid məntəqələrindən istifadə olunur. Ölkəmizi blokadaya almaq mümkün deyil”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə