İraqda kürd əsilli yeni prezident seçilib

İraqda prezident seçkilərində səsvermənin ikinci turunda Kürdüstan Vətənpərvərlər İttifaqının rəsmi namizədi Nizar Amidi qələbə qazanıb. Məlum olub ki, ikinci turda 249 deputat səs verib.

Qeyd olunub ki, Amidinin əsas rəqibi "Kürd İslam İttifaqı" Partiyasının üzvü Müsənna Əmin olub. Daha əvvəl İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərində iştirakdan imtina edib.

Mətləb


Bütün xəbərlər Facebook səhifəmizdə