Novorossiyskdə “Admiral Makarov” freqatı iki dəfə vurulub…

Bununla bağlı peyk görüntüləri ortaya çıxıb…

...Ukraynanın Novorossiysk limanına dünənki hücumundan dəyən ziyanı göstərən yeni peyk görüntüləri ortaya çıxıb.

...Neft terminalının bir neçə hissəsi zədələnib və "Admiral Makarov" freqatı ən azı iki dəfə zərbəyə məruz qalıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Exilenova+” Telegram kanalı məlumat verib.

Görüntülərdə 1 və 2 nömrəli körpülərdəki neft boru kəmərlərinə, eləcə də 2 nömrəli körpünün özünə dəyən ziyan göstərilir.

Bundan əlavə, boru kəməri sisteminin SICN qurğuları və bağlama klapanları yaxınlığında başqa bir yükləmə sahəsindəki neft boru kəmərinə zərbə qeydə alınıb.

Analitiklər həmçinin görüntülərin Novorossiysk dəniz bazasında yerləşən 11356R Layihəsi freqatlarından birinə dəyən ziyanı göstərdiyini qeyd edirlər.

Onlar həmçinin qeyd edirlər ki, peyk görüntüləri və videolarının təhlili gəminin ən azı iki dəfə zərbəyə məruz qaldığını göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə