"Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatını sarsıdıb" - Ərdoğandan PAYLAŞIM
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında Hörmüz boğazındakı vəziyyət barədə danışıb. Bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib. "Dünya neftinin 20 faizinin və təbii qazın böyük hissəsinin daşındığı Hörmüz boğazı bağlanıb, amma bu təkcə iqtisadi məsələ deyil, çünki bu su yolu vasitəsilə dərman və başqa zəruri məhsullar da daşınır", - Ərdoğan bildirib və əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatını sarsıdıb.
Onun sözlərinə görə, bunu Avropada neft-qaz qiymətlərinin kəskin bahalaşmasından da anlamaq olar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB