"Hizbullah" ingilis gəmisini atəşə tutdu

"Hizbullah" ingilislərə şok yaşadıb. Məlum olub ki, Şərqi Aralıq dənizində yerləşən Britaniya hərbi gəmisi Livan ərazisindən atəşə tutulub. Bu barədə İsrailin "14-cü kanal"ı məlumat yayıb. Məlumata görə, gəmiyə doğru raket "Hizbullah" tərəfindən buraxılıb.

Telekanal iddia edir ki, "Hizbullah" Livan sahillərindən təxminən 70 dəniz mili məsafədə olan Britaniya gəmisini İsrail gəmisi zənn edərək hədəfə alıb. Raket zərbəsi nəticəsində hərbi gəmiyə ciddi ziyan dəyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə