Rusiyanın buğda daşıyan gəmisi batıb: 1 nəfər ölüb

Xerson vilayətinin sahillərində buğda daşıyan gəmi batıb, bir nəfər ölüb, iki nəfər itkin düşüb. Bu barədə regionun qubernatoru Vladimir Saldo deyib. "Azov dənizində buğda yükü daşıyan “Volqo-Balt” sinifli gəmi batıb. Sahildə Rusiya vətəndaşı olan 9 ekipaj üzvü tapılıb.

1991-ci il təvəllüdlü bir nəfər (kapitanın əsas köməkçisi) həlak olub.Digər iki ekipaj üzvünün harada olduğu məlum deyil",- o bildirib. Onun sözlərinə görə, ekipaj gəmini özü tərk edib: "Hadisənin səbəbləri müəyyən edilir, istintaq tədbirləri davam etdirilir".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə