İranın BƏƏ-yə zərbələri nəticəsində 10 nəfər ölüb, 217 nəfər yaralanıb

İranın Birləşmiş Ərəb Əmirliklərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlanıb. Bu barədə BƏƏ Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki bəyanatında qeyd olunub. Məlumatda deyilir ki, Yaxın Şərqdə eskalasiya başlayandan bəri İranın BƏƏ-yə endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb, 217 nəfər xəsarət alıb.

"Bu gün BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış 9 ballistik raketi, 1 qanadlı raketi və 50 PUA-nı uğurla ələ keçirib. İranın hücumları başlayandan bəri ümumilikdə 507 ballistik raket, 24 qanadlı raket və 2 191 PUA ələ keçirilib", - bəyanatda bildirilib.

Qurumun məlumatına görə, ölənlər arasında Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misir vətəndaşları var.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə