...Kommunist Partiyasının lideri Gennadi Zyüqanov Yaxın Şərqdəki müharibənin daha geniş ABŞ strategiyasının bir hissəsi olduğunu və Rusiya üçün gələcək təhlükə yarada biləcəyini bildirib.
SİA xəbər verir ki, “Parlamentskaya qazeta”nın məlumatına görə, o, bu açıqlamanı 11 martda Dövlət Dumasının iclasında verib.
Siyasətçinin sözlərinə görə, İran hazırda “yaşamaq uğrunda” mübarizə aparır, baxmayaraq ki, Trampın strategiyasında Çindən sonra növbəti düşmənlər kimi Rusiya və İran göstərilib.
...Növbəti biz olacağıq, - deyə o bildirib. Zyüqanov həmçinin Vaşinqtonu təcavüzkar siyasətdə ittiham edib və bildirib ki, hazırkı hadisələr “Amerika imperializminin əsl simasını” nümayiş etdirir.
Hərbi kampaniya ilə bağlı şərh verərkən o, qeyd edib ki, onun fikrincə, ABŞ-ın ilkin planı uğursuz olub.
...Blitskriq uğursuz olub - onlar tez bir zamanda təslim olmağa ümid edirdilər, amma bu baş vermədi, - deyə rusiyalı deputat bildirib.
O, həmçinin bildirib ki, Tramp indi “siyasi yaşamaq uğrunda” mübarizə aparmaq məcburiyyətindədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB