İran Naxçıvana dron hücumunu təkzib etdi

Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan beynəlxalq hava limanı yaxınlığına dron hücumunda Tehranın iştirakını təkzib edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, diplomat bununla bağlı, AnewZ telekanalına müsahibəsində "İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir", - deyə, bildirib.

O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə