“Azərbaycanın Avropada enerji tərəfdaşlarının artması çox önəmlidir” - ŞƏRH OLUNDU
“Avropa İttifaqının Rusiya qazından asılılığı azaltması ilə bağlı verilən bəyanatlar və atılan addımlar 2027-ci ilə qədər Rusiyadan ola biləcək ümumilikdəki bütün asılılığı minimuma endirməyi hədəfləyir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, mərhələli şəkildə alternativ əməkdaşlıqların inkişaf etdirilməsi, xüsusilə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa üçün ciddi ölçüdə enerji təhlükəsizliyində əsas istiqamətlərdən birinə çevrilib:
“Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə enerji böhranının yaşanmasının qarşısını alan əsas aktorlardan biri də Avropa üçün məhz Azərbaycan olmuşdur, cənab Prezidentlə müzakirələrin keçirilməsi və imzalanmış müqavilə bir çox istiqamətdə Avropa İttifaqı üçün etibarlı və dayanıqlı enerji tərəfdaşı statusunda Azərbaycanın bir daha önəmini ortaya çıxaran əsas istiqamətlərdən biridir.
İstisnasız olaraq, Azərbaycanın Avropada enerji tərəfdaşlarının sayının artması həm iqtisadi, həm də siyasi baxımdan kifayət qədər önəmli addımlardır və bizim bu istiqamətdə olan xarici siyasət konsepsiyasına və milli maraqlar nöqteyi nəzərdən çıxış edən yanaşmalarımızla da birbaşa üst-üstə düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB