“Oradan Rusiyanın qoxusu gəlir..?”

Rusiya xarici işlər nazirinin sözlərinə görə, bu ruh sarsılmazdır..?

...Alyaskada "rus ruhu" var; oradan "rus qoxusu gəlir"..?

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Ankoricdə keçirilən danışıqları şərh edərkən bildirib.

…Orada hər şey gözəldir. Alyaskada rus ruhu var; bilirsiniz, orada "rus qoxusu gəlir". Amma prezidentlər Putin və Tramp arasındakı münasibətlər atmosferi baxımından ruh gözəldir. Bu, həqiqətən də doğrudur. Və bir çox cəhətdən bu ruh qarşılıqlı rəğbət və hörmətdir ki, bu da anlaşmaya imkan verən atmosfer yaratmağa kömək etdi.

Deməli, Rusiya xarici işlər naziri bunu Dövlət Dumasındakı çıxışı zamanı bəyan edib.

Bundan əlavə, Sergey Lavrovun sözlərinə görə, Moskva Qərbin "Ankoric ruhunu" sarsıtmaq və ya zəhərləmək üçün boş cəhdlərinə baxmayaraq, mövcud anlaşmaların qorunub saxlanılacağına ümid edir.

Lavrov əlavə edib ki, Ankoric ruhunun sözdə adı məhv edilə bilməz; onu yalnız sarsıtmaq və ya zəhərləmək olar.

…Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson ABŞ hərbi bazasında baş tutub. Görüş iki saat 45 dəqiqə davam edib. Rusiya lideri Alyaskaya səfəri vaxtında və çox faydalı adlandırıb. ABŞ prezidenti isə öz növbəsində görüşün "çox yaxşı" keçdiyini bildirib və sammiti möhtəşəm adlandırıb.

SİA-nın əlavəsi: “Çinlilər dünyanı müharibəsiz zəbt edəcəklər”. Qeyd edək ki, bu ifadə bir müddət əvvəl də saytımızda işlədilmişdi.

Onu da qeyd edək ki, rusların Alyaskadakı “ruhunun yüksək” olduğunu deyən rus rəsmisi nədənsə “Çinin Uzaq Şərqi necə işğal etdiyini dilə gətirmir..?

Deməli, SSRİ dağılandan sonra, dəqiq desək, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Rusiyanın Uzaq Şərqinə böyük miqdarda çinli işçi gəldi.

Və bununla da “Çin təhlükəsi nəzəriyyəsi" yayıldı.

2010-cu ildə ümumi daxili məhsulun göstəricisi üzrə Çin Yaponiyanı keçdi və ABŞ-dan sonra dünyada ikinci yeri tutdu. Bu halda təəccüblü heç nə yoxdur ki, Rusiya özünü Çinin demoqrafik və iqtisadi gücü yanında narahat hiss edir. Etiraf edilməlidir ki, bu gün bəzi rus səlahiyyətliləri Çinin ünvanına tənqidlər və “Çin təhlükəsi nəzəriyyəsi”nin müzakirəsinə ara verilmir.

...Hazırda Çin Uzaq Şərqin iqtisadi baxımdan işğalını davam etdirir. Deyilənlərə görə, hələlik. Heç kim təminat verə bilməz ki, yaxın gələcəkdə Pekin “tarixi torpaqları” olduğunu dediyi ərazilərə açıq şəkildə iddiasını irəli sürməyəcək.

Necə ki, Rusiyanın özü hazırda “tarixi” torpaqlarına iddiaları davam etdirir...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə