...Çin, adanın ətrafındakı 24 millik eksklüziv dəniz zonasına qədər uzanan Tayvan ətrafındakı fövqəladə hərbi təlimlərini başa vurmuş kimi görünür.
SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Avropa Birliyi, Birləşmiş Krallıq, Yaponiya və bir sıra digər ölkələr Çinin iki günlük təlimlərini tənqid ediblər.
Təlimlər ABŞ-ın Tayvan üçün 11 milyard dollarlıq hərbi yardım paketini təsdiqləməsindən sonra Pekin tərəfindən tələsik başladılıb.
Xüsusilə, Aİ Çini "təmkinli olmağa və gərginliyi daha da artıra biləcək hər hansı bir hərəkətdən çəkinməyə" çağırıb. Çin isə öz növbəsində tənqidlərə isterik reaksiya verib, Tayvan məsələsini "daxili məsələ" adlandırıb və "heç bir ölkənin məsuliyyətsiz şərhlər vermək hüququ olmadığını" bəyan edib.
Bundan əlavə, Qərb ölkələrinin tənqidi, Çinin iki günlük təlimlərinin ilk dəfə Tayvan ətrafındakı 24 millik eksklüziv dəniz zonasına qədər uzanmasından irəli gəlirdi.
Çin hərbi gəmiləri əraziyə daxil olub və təlimlər zamanı atılan raketlər təyin olunmuş zonaya düşüb, Tayvan ordusu və sahil mühafizəsi bildirib.
Pekin təlimlərin başa çatdığını rəsmi olaraq elan etməsə də, son 24 saat ərzində Tayvan yaxınlığında yalnız 35 Çin hərbi təyyarəsi aşkar edilib ki, bu da əvvəlki 24 saatda qeydə alınan 90-dan çox təyyarə ilə müqayisədə çoxdur.
...Manevrlər Tayvanın bəzi uçuşlarını pozsa da, beynəlxalq marşrutlar əsasən dəyişməz qalıb. Tayvan səhmləri çərşənbə günü yüksələrək 2025-ci ili rekord səviyyədə başa vurub, - deyə hesabatda bildirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB