Türkiyədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına əməletmə səviyyəsi 90 faizə çatıb ki, bu da Avropa Şurasına üzv olan bir çox dövlətin analoji göstəricilərindən xeyli yüksəkdir.
SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə səsləndirib və ölkəsinin insan hüquqları sahəsində dünyaya dərs verdiyini vurğulayıb.
Dövlət başçısı Ankaraya qarşı qərəzli münasibətə diqqət yönəldib: “Türkiyəni sərt tənqid edən dairələr AİHM qərarlarının ümumiyyətlə icra olunmadığı bir çox digər dövlətdəki vəziyyəti açıq şəkildə görməzliyə vururlar”.
Prezident Ərdoğanın sözlərinə görə, söhbət Türkiyədən gedən kimi ədalət və obyektivlik anlayışları bir anda unudulur. “Biz, əlbəttə ki, bu cür qərəzə məhəl qoymadan yolumuza davam edəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Suriyanı misal gətirən Türkiyə lideri qeyd edib ki, bu ölkədə 13 il yarım ərzində insan hüquqlarının kobud şəkildə pozulması halları davam edib, kimyəvi silahlardan istifadə olunub, işgəncələr geniş tətbiq edilib, insan hüquqlarına dair bütün məlum normalar tapdalanıb. Prezident Ərdoğan əlavə edib ki, beynəlxalq ictimaiyyət bütün bunları yalnız seyr etməklə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB