“Ukrayna Silahlı Qüvvələri Kupyanskı tələyə çevirib...”

Kiyev tərəfindən möhtəşəm bir əməliyyat...

...Ukrayna Müdafiə Qüvvələri tərəfindən Xarkov vilayətindəki Kupyansk yaxınlığında aparılan əməliyyat möhtəşəm idi.

SİA xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin veteranı və “Aydar” Batalyonunun keçmiş bölük komandiri Yevgeni Diki bu barədə Radio NV-də danışıb.

...Putinin bizi təhdid etdiyi Kupyansk qazanı əslində baş verdi, amma əks istiqamətdə. Ruslar haqlı olaraq Oskol çayını keçməklə fəxr edirdilər və indi onlar vacib bir vəzifə ilə üzləşirlər - onu geri keçmək. İndi soyuq qış çayını necə keçə bilərlər? Amma alternativ təslim olmaqdır, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Kupyanskı Oskolun o biri tərəfində yerləşən Rusiya qüvvələrindən tamamilə ayırmağı bacarıb.

...Şəhər tələyə çevrilib. Həqiqətən də parlaq bir əməliyyat. Biz uzun müddətdir ki, hər iki tərəfdən, bu qədər çoxlu dronla və bu qədər geniş miqyasda belə bir şey görmürdük, - Diki qeyd edib.

Ekspert həmçinin bildirib ki, düşmən Donetsk bölgəsinə təzyiq göstərməyə davam edəcək.

O əlavə edib ki, hazırda Rusiya hücumunun ön cəbhələrindən birinə çevrilən Seversk ərazisindən həyəcan verici və xoşagəlməz xəbərlər gəlir və qüvvələr cəbhənin digər ərazilərindən ora köçürülür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə