İtaliya Baş nazirinin müavini Rusiya ilə hərbi münaqişəyə qarşı çıxdı...

Matteo Salvini eskalasiyadansa, dinc dialoqa nail olmağın vacibliyini vurğuladı...

...İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini Rusiya ilə hərbi qarşıdurma ideyasına qarşı çıxıb.

SİA xəbər verir ki, onun açıqlaması askanews agentliyi tərəfindən yayılıb.

Siyasətçi münaqişəni qızışdırmaq əvəzinə, siyasi dialoqun aparılmasının vacibliyini vurğulayıb.

...Biz Rusiya ilə müharibədə deyilik. Uşaqlarımın Rusiyaya qarşı döyüşməsini istəmirəm. Bir ölkənin altı min nüvə başlığı olduqda, ən yaxşı yol dialoqdur, - Salvini deyib.

Onun sözlərinə görə, bir neçə Aİ lideri Ukraynadakı böhrandan öz şəxsi mənfəətləri üçün istifadə edir.

O izah edib ki, Fransa və Almaniya da daxil olmaqla hökumətlər vətəndaşların diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırmağa çalışaraq sülh yolu ilə həll cəhdlərini faktiki olaraq əngəlləyirlər.

Daha əvvəl, 11 dekabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın NATO və Aİ dövlətlərinə qarşı aqressiv hərəkətlər planlaşdırmadığını və müvafiq zəmanətləri yazılı şəkildə rəsmiləşdirməyə hazır olduğunu açıqlayıb.

Bu mövqe əvvəllər Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirilmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə