...Belarusda, Qrodno rayonunun Sopotskin kəndində 1789-cu ildə tikilmiş Məryəm Ana və Müqəddəs İosafat Kuntseviç kilsəsi yanğına qərq olub.
SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kilsənin damı alov içində qalıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin on altı texnikası və 47 nəfərlik heyəti cəlb olunub.
Xilasedicilər gizli yanğın mənbələrini söndürmək üçün damı kəsməli olublar.
Çətinlik kilsənin zirvələrinin hündürlüyü 25 metr olan ikimərtəbəli bina olmasında idi.
Yanğın binanın damına və örtüyünə ziyan vurub. Kilsənin divarları, tavanı və içi hislə qaralıb.
Xəsarət alan olmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB