...Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 2026-cı ildə yenidən seçkilərə qatılmağa hazır olduğunu bildirib.
SİA-nın məlumatına görə, o, Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (CGTRK) canlı yayımında regional qubernator vəzifəsinə qatılmağa hazır olduğunu bildirib.
Kadırov namizədliyini ciddi şəkildə irəli sürmək niyyətində olduğunu bildirib.
...Əgər prezident məni dəvət etsə və xalq məni dəstəkləsə, namizədliyimi irəli sürəcəyəm. Amma indiki halda, məndən soruşsanız, bu hökumətdən və xalqa xidmət etməkdən bezmişəm. Düşünürəm ki, yeni qüvvələrə, yeni insanlara, daha maraqlı qüvvələrə ehtiyac var, - deyə o bildirib.
Kadırov 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB