SİA xəbər verir ki, UNIAN-ın məlumatına görə, genişlənmə üzrə Avropa komissarı Marta Kos Ukrayna üçün sülh planında Kiyevin siyasi birliyə üzvlüyünü də əhatə edən bəndi alqışlayıb.
O, sülh planının son versiyalarından birində Ukraynanın 2027-ci ildən gec olmayaraq AB üzvü olmasını nəzərdə tutan bəndin olması ilə bağlı məlumatlara münasibət bildirib.
Eyni zamanda, Kos qeyd edib ki, qərarın qəbul edilməsi üçün bütün AB ölkələrinin razılığı tələb olunacaq və "bir anda yekdillik tapmalı olacağıq".
Avropa komissarı bildirib ki, hər şey ölkədəki islahatların sürətindən asılıdır.
...Bu sülh planında Ukraynanın AB-yə daxil olması da yer aldığına görə çox məmnunam. Bu, ilk layihədir. Sonda nə olacağını görəcəyik, - Kos bildirib.
Daha əvvəl Britaniyanın "Financial Times" qəzeti ABŞ-ın təqdim etdiyi Ukrayna sülh planının 2027-ci il yanvarın 1-dək Avropa Birliyinə daxil olmağı nəzərdə tutduğunu bildirmişdi. Məqalədə qeyd olunur ki, Brüssel Ukrayna hakimiyyətinin istəklərini dəstəkləyir.
Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olması məsələsinə 2024-cü ildə baxmağı təklif etmişdi. Bu planlar Macarıstanın vetosu ilə pozuldu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB