...Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin şəxsi sürücülük üstünlüklərindən danışıb.
...Dövlət başçısı özü maşın sürməyi sevir, amma onu Moskvanın ictimai yollarında sükan arxasında görmək demək olar ki, mümkün deyil.
SİA-nın əldə etdiyi məlumata görə, Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin özü maşın sürdüyünü təsdiqləyərək, bu fəaliyyətdən zövq aldığını da qeyd edib. Putin özü əvvəllər bəzən "sakit", müşayiətsiz maşın sürdüyünü qeyd etmişdi.
Mətbuat katibi izah edib ki, bu kontekstdə "sakit" "hamı kimi" deməkdir.
Peskov həmçinin jurnalistin dövlət başçısının Moskva yollarında maşın sürdüyünü görmək mümkün olub-olmadığı ilə bağlı sualını da cavablandırıb.
Kremlin sözçüsü bunun adi sürücülər üçün mümkün olduğuna şübhə ilə yanaşıb.
...Prezidentin bəzən maşın sürməklə bağlı fikirləri müsahibədə səsləndirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB