Kimə inanasan: Gerasimova, yoxsa Zelenskiyə?

...Rus kanallarına baxanınız varsa, görmüş olardınız.

Deməli, bir müddət bundan əvvəl Putinə “dolojit” edən rusların qərargah rəisi Gerasimov “Kupyansk alındı”-deyə bildirmişdi.

Putin də deyilənlərə qulaq asıb, nəsə etinasız da olsa qeydlər etmişdi.

Yəni bununla o, elə bir qeyri-adi hadisənin olmadını nümayiş elətdirmək istəyirdi, yəni bu “dünyanın “ikinci” ordusu olan rus qoşunu qarşısında nədi ki..?”

Ha, bə indi bu nətəhər olur, hıy?

...Budur, Ukrayna prezidenti Zelenski bu gün Kupyanska gəlib. Özü də, mənə elə gəlir ki, dünyanın “ikinci” ordusundan qorxub eləmədən?

Və Ukrayna döyüşçüləri qarşısına çıxaraq açıqlama da verib.

Bunlar öz yerində ey, amma indi kimə inanasan?

Gerasimova, yoxsa Zelenskiyə?

Axı, Zelenski Kupyanskda olması ilə bağlı fotolar da paylaşılıb.

...Yenə də tərəddüd edirəm.

Deyirəm, yəni Gerasimov Putinə yalandan “dolojit” eləyib?

Və əgər yalan “dolojit” etməyibsə, bəs onda Zelenski Kupyanskda nə gəzir?...

Yenə də sual edirəm...hıy?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə