Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanında zədələnmiş Türkiyə şirkətinə məxsus gəmiyə edilən hücumdan sonra narahatlığını bildirib.
SİA xəbər verir ki, “Avropa Pravda” qəzetinin məlumatına görə, bəyanat Türkiyə Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Qeyd olunur ki, 12 dekabrda Çornomorsk limanına edilən və Türkiyə şirkətinə məxsus xarici bayraqlı gəmiyə zərər verən hücum "bölgəmizdə davam edən müharibənin Qara dənizə yayılması, eləcə də naviqasiya təhlükəsizliyi və azadlığı ilə bağlı əvvəllər bildirdiyimiz narahatlıqların doğruluğunu sübut edir". İlkin məlumatlara görə, hücum nəticəsində heç bir Türkiyə vətəndaşı xəsarət almayıb.
XİN qeyd edib ki, Türkiyənin Odessadakı Baş Konsulluğu hadisələri yaxından izləyir və Türkiyə vətəndaşlarına lazımi dəstəyi göstərir.
....Bu baxımdan, biz bir daha Rusiya ilə Ukrayna arasında müharibənin tez bir zamanda sona çatmasının vacibliyini vurğulayırıq və naviqasiya təhlükəsizliyini təhdid edən və tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumları dayandırmaqla Qara dənizdə eskalasiyanın qarşısını almağa yönəlmiş bir razılaşmanın qəbul edilməsinin vacibliyini xatırladırıq, - Türkiyə nazirliyi bildirib.
Operator Cenk Denizcilik bildirib ki, zədələnmiş gəmi Türkiyənin Karasu limanı ilə Odessa arasında fəaliyyət göstərən M/V CENK T gəmisidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB