...SİA xəbər verir ki, “Ehtiyatlı olun, Moskva” Telegram kanalının məlumatına görə, Moskvanın şimalındakı Arena Plaza ticarət mərkəzinə gələnlər təxliyə edilib.
Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıb və bütün ziyarətçilərdən çıxmağı xahiş ediblər. Ticarət mərkəzinin ətrafında bir neçə polis maşını və təcili yardım maşını dayanıb.
Təxliyənin səbəbi məlum deyil.
...Dekabrın 7-də Moskvanın mərkəzindəki Yeni Tretyakov Qalereyasında həyəcan siqnalı işə düşüb. İnsanlara səsgücləndirici vasitəsilə binanı tərk etmələri barədə xəbərdarlıq edilib. Daha sonra muzeyin rəsmi Telegram kanalı qalereyaya girişin Moskva vaxtı ilə saat 18:00-a qədər məhdudlaşdırıldığını bildirib.
Lakin Yeni Tretyakov Qalereyasına səfərlərini yarımçıq qoymalı olan və ləğv edilmiş nümayişlər üçün bilet alanlara hadisənin baş verdiyi tarixdən etibarən iki həftə ərzində istənilən vaxt biletlərini geri qaytarmağa və ya sərgiləri ziyarət etməyə icazə verilib.
...Oktyabrın 6-da Moskva bölgəsində yerləşən Dolqoprudnıdakı Qorod ticarət mərkəzində təxliyə elan edilib. Şahidlərin sözlərinə görə, müştərilərdən tüstü səbəbindən binanı tərk etmələri xahiş olunub. Daha sonra məlum oldu ki, fritöz qızartma maşını yanıb. Yanğın gürcü restoranında başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB