...SİA xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Almaniya kansleri Fridrix Merz Avropa Birliyi (AB) ölkələri münaqişənin həlli üçün Ukrayna ilə danışıqlarda ABŞ-ı cəlb etməyə çalışırlar.
Siyasətçi bildirib ki, biz həmçinin Amerika hökumətini öz aramızda, eləcə də Ukrayna ilə apardığımız danışıqlara cəlb etməyə çalışırıq. Biz buna töhfə verməyə hazırıq, lakin amerikalıların da töhfə verməsi lazımdır.
Merz əlavə edib ki, potensial təhlükəsizlik zəmanətlərinin ən vacib hissəsi Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli gücləndirilməsidir .
Dekabrın 10-da Avropa ölkələrinin danışıqları davam etdirməyi və Ukraynada sülh yolu ilə həll üçün səyləri əlaqələndirməyi planlaşdırdıqları elan edildi.
Almaniya hökumətinin başçısı vurğuladı ki, Kiyev ABŞ və NATO da daxil olmaqla tərəfdaşlarından etibarlı təhlükəsizlik zəmanətləri almalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB