Taylandda rusiyalı turist iki Britaniya vətəndaşı tərəfindən döyülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Telegram kanalı Shot xəbər verir.
Telegram kanalının məlumatına görə, rusiyalı Pxuket barında istirahət edirmiş. Səyahətçinin sözlərinə görə, o, iki Britaniya vətəndaşının diqqətini gənc qadınlara qarşı uyğunsuz davranışlarına çəkib.
Buna cavab olaraq, xarici qonaqlar onu təxribatçı olmaqda günahlandırmağa başlayıblar.
Mübahisə qızışıb və gənc kişilər münaqişəni həll etmək və vəziyyətdə kimin həqiqətən haqlı olduğunu müəyyən etmək üçün çölə çıxıblar.
Bundan sonra iki Britaniyalı kişi rusiyalı turistə hücum edib: əvvəlcə onun başına vurublar, sonra isə yerə yıxıldıqda onu təpikləməyə başlayıblar.
Bardan yerli taylandlılar turistin köməyinə gəliblər.
...Daha əvvəl 33 yaşlı turist qeydiyyatdan bir neçə saat sonra otelin balkonundan yıxılıb. Hadisə Taylandın Pxuket şəhərində baş verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB