ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası Merzə müharibə elanıdır?

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası hazırkı Almaniya kansleri Fridrix Merzə açıq müharibə elanıdır.

SİA-nın məlumatına görə, Yaşıllar Partiyasının lideri Franziska Brantner bu açıqlamanı Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinə verdiyi müsahibədə verib.

Siyasətçi qeyd edib ki, "ABŞ-ın təhlükəsizlik strategiyası, məntiqi nəticəsinə çatdıqda, Fridrix Merzə müharibə elanıdır: biz sizi devirmək istəyirik, Almaniya üçün Alternativ partiyası ilə rejim dəyişikliyi istəyirik".

Daha əvvəl amerikalı hərbi analitik və ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını Avropaya müharibə elanı adlandırmışdı.

Keçmiş hərbçinin sözlərinə görə, "bu, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyənlər üçün yaxşı xəbərdir".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə