...Tramp administrasiyası Çinin nadir torpaq elementləri bazarındakı təsirini azaltmaq və süni intellekt, eləcə də digər texnologiyalardakı üstünlüyünü məhdudlaşdırmaq məqsədi daşıyan yeni bir koalisiya yaradır.
SİA xəbər verir ki, bu barədə Politico yazır.
Nəşrin məlumatına görə, ABŞ 12 dekabrda Sinqapur, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsraili əsas mineral ehtiyatlarına çıxış çatışmazlığını aradan qaldıraraq birgə işləmək üçün birləşdirəcək Pax Silica bəyannaməsini imzalamağı planlaşdırır.
Trampın komandası daha sonra təşəbbüsə daha çox ölkəni cəlb etməyə çalışır.
ABŞ Dövlət Katibinin İqtisadi Artım, Enerji və Ətraf Mühit üzrə müavini Ceykob Helberq bildirib ki, iqtisadi təhlükəsizlik üçün bu koalisiya sənaye siyasəti cəbhəlidir, çünki hazırda süni intellektin iqtisadiyyatını və bu sahədə Çinlə rəqabətimizi birgə müzakirə edə biləcəyimiz platforma yoxdur.
O, həmçinin bildirib ki, koalisiyanın məqsədi Çini "limanları, əsas magistral yolları və nəqliyyat - logistika dəhlizlərini almaq" imkanından məhrum etməklə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü effektiv şəkildə bloklamaqdır. Bəyannamənin imzalanması, həmçinin Aİ, Kanada, Niderland və BƏƏ nümayəndələrinin də qatılacağı bir günlük Pax Silicas sammitinin başlanğıcını qeyd edəcək.
Görüşdə mineral hasilatı, emalı və logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB