Zədələnmiş və ya məhv edilmiş...

Rusiyanın kölgə donanması tankerlərini necə itirir..?

...Rusiya sanksiyalardan yayınmaq, neft məhsullarını endirimli qiymətlərlə daşımaq üçün kölgə donanmasından istifadə edir. Bunlar əsasən köhnə, xarici bayraq altında olan, müvafiq sığortası, izləməsi və ya texniki xidməti olmayan gəmilərdir. Bəziləri bu yaxınlarda məhv edilib və ya zədələnib.

SİA-nın məlumatına görə, NV infoqrafikasında Rusiyanın kölgə donanması və zəiflikləri haqqında əsas faktları təqdim edir.

Rusiyanın kölgə donanması rəqəmlərlə...

-Dünyadakı bütün tankerlərin 17 faizi və ya hər altı gəmidən biri Rusiyanın kölgə donanmasının bir hissəsidir.

-Rusiya 2022-ci ildən bəri kölgə donanmasının qurulmasına 10 milyard dollardan çox pul xərcləyib

-1400 gəmi - 2025-ci ildə Rusiyanın kölgə donanmasının təxmini ölçüsü

-300 kapitan Rusiyanın kölgə gəmilərində işləyir

-Rusiya gəmilərinə hücumlar səbəbindən Qara dəniz limanlarında sığorta 250 faiz artıb

Rusiya kölgə donanmasının hansı tankerləri son zamanlar məhv edilib və ya ciddi şəkildə zədələnib?

-18 fevral 2025-ci il, tanker Seacharm (zədələnmiş), Aralıq dənizi, Ceyhan limanı, Türkiyə.

-15 fevral 2025-ci il, tanker Seajewel (zədələnmiş), Aralıq dənizi, Vado limanı, Şimali İtaliya.

-9 fevral 2025-ci il, tanker Koala, Ust-Luqa limanı, Rusiya.

- Fevral 2025-ci il, tanker Grace Ferrum (zədələnmiş), Aralıq dənizi, Liviya sahili.

-27 iyun 2025-ci il, tanker Vilamoura, Aralıq dənizi, Zuwaytinah limanı, Liviya suları.

- 6 iyul 2025-ci il, tanker Eco Wizard, Ust-Luqa limanı, Rusiya.

-27 noyabr 2025-ci il, tanker Mersin, Dakar sahili, Seneqal.

-28 noyabr 2025-ci il, tankerlər Kairos, Virat (zədələnmiş), Qara dəniz, Bosfor boğazı, Türkiyə sahili.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə