...Avropa İttifaqı Şurası Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya makromaliyyə yardımının ayrılmasını təsdiqlədi. Məbləğ 2,3 milyard avro olacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Şuranın saytında məlumat verilib.
Şura bəyanatında bildirib ki, Avropa İttifaqı Şurası Ukrayna Dəstək Mexanizminin Kiyevə 2,3 milyard avro məbləğində altıncı tranşının ayrılmasını təsdiqləyib.
Sənəddə vəsaitin "tezliklə əldə ediləcəyi" bildirilir.
Ukrayna Mexanizmi Ukrayna üçün maliyyə yardımı alətidir və Avropa İttifaqı ölkələri bu alət vasitəsilə 2027-ci ilə qədər Kiyevə 50 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır. Təxminən 39 milyard avro ölkənin makromaliyyə sabitliyini gücləndirmək üçün nəzərdə tutulub.
Qalan məbləğ prioritet sektorlardakı riskləri, kredit faizlərini və s. əhatə etmək üçün xüsusi investisiya alətidir.
Noyabr ayında Avropa İttifaqı Ukraynaya 1,8 milyard avroluq beşinci tranş ayırıb.
Avropa İttifaqının Kiyevə dəstək proqramı 1 mart 2024-cü ildə qüvvəyə minib.
Bu proqram Ukraynanın 2024-cü ildən 2027-ci ilə qədər bərpası üçün sabit maliyyələşdirmə və dəstək təmin edir. Yardımın ümumi məbləği 180 milyard avroya çatıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB