...Sosial mediada “Yandex.Taxi” işçilərinin bir neçə ölkədə tətil planlaşdırdıqları barədə məlumatlar yayılıb. Sürücülər kilometrləri və yanacağı sayaraq, onlara qəpik-quruşlarının qaldığını iddia edirlər.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Belaruslu sürücülər də tətilə qoşulmağı planlaşdırırlar.
Taksi sürücülərinin əsas şikayətləri, xidmət şəraitinin gəlirsiz və alçaldıcı hala gəlməsidir.
Sürücülərin işi sifariş yarışına çevrilib və aşağı gediş haqqı, eləcə də yüksək komissiyalar səbəbindən qazancları sadəcə qəpik-quruşdur.
...Niyə tətil edirik? Yol haqqı yanacaq xərclərini, nəqliyyat vasitələrinin amortizasiyasını və məcburi ödənişləri əhatə etmir. Xidmət və taksi şirkətinin komissiyaları qazancın əhəmiyyətli bir hissəsini alır. Real olmayan səfər planları onları 12-16 saat istirahət etmədən işləməyə məcbur edir. Ədalətli əmək haqqı ilə bağlı şirkətlə dialoq yoxdur, - deyə petisiyada bildirilir.
Qeyd edək ki, etiraz aksiyası 15 dekabra planlaşdırılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB