Özbəkistan spirtli içki və tütünün nağd alışını qadağan edəcək...

1 aprel 2026-cı ildən etibarən...

...Özbəkistanda kölgə iqtisadiyyatına qarşı mübarizə çərçivəsində müəyyən məhsul və malların nağd pulla alınması 1 aprel 2026-cı il tarixindən etibarən qadağan ediləcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı Milli Qanunvericilik Bazasında dərc edilib.

Fərmana əsasən, gələn ilin 1 aprel tarixindən etibarən Özbəkistanda spirtli içkilərin, tütün məmulatlarının, daşınmaz əmlakın, avtomobillərin və 25 milyon sumdan çox dəyərində malların nağd pulla alınması qanunsuz olacaq.

Dövlət xidmətləri, kommunal xidmətlər (elektrik enerjisi, qaz və su), benzin və digər malların ödənişləri də məhdudiyyətlərə məruz qalacaq.

Bu mallar yalnız nağdsız ödənişlər və ya QR kodları vasitəsilə ödənilə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə