...Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı "Laskoviy May" qrupunun "Ağ güllər" mahnısına çəkilmiş videoçarx çəkib.
SİA xəbər verir ki, video siyasətçinin Telegram kanalında yayımlanıb.
Videoda Paşinyan Lubyanka meydanındakı Federal Təhlükəsizlik Xidmətinin (FSB) binasının qarşısında poza verir. Baş nazir klassik boz kostyum, qalstuk (bantik yox aaa…-A.B.) və ağ köynək geyinib. Başında papaq görünür. Videonun sonunda siyasətçi əlləri ilə ürək formasında şəkil çəkir.
…Sizə ən xoş arzularımı və xoş gün arzulayıram, hamınızı sevirəm, - deyə Paşinyan erməni dilində yazıb və başlığa iki Rusiya və Ermənistan bayrağını əlavə edib.
Qeyd edək ki, bu, Nikol Paşinyanın rus mahnılarına çəkilmiş videoçarx çəkməsi ilk dəfə deyil. 12 noyabrda o, günə Yuri Şevçukun rəhbərlik etdiyi məşhur rus rok qrupu DDT-nin "Osen" (Payız) mahnısı ilə başlayıb.
Videoda Ermənistanın baş naziri ofis masasında stulda oturub kameraya baxır. Həmin vaxt o, ağ köynək və tünd qırmızı qalstuk geyinmişdi.
Videonun sonunda Paşinyan hər iki əli ilə ürək işarəsi edib və tərəfdarlarına xoş gün arzulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB