ABŞ FED əsas faiz dərəcəsini ardıcıl üçüncü dəfə endirib...

İllik 3,5-3,75 faizə qədər...

ABŞ Federal Ehtiyat Sistemi (FED) ilin əvvəlindən bəri üçüncü dəfə baza faiz dərəcəsini endirib və pul siyasətini yumşaltmağa davam edib. SİA bu barədə xarici qaynaqlara istinad edir.

Tənzimləyicinin rəsmi açıqlamasına görə, yeni diapazon hazırda 3,5-3,75 faiz təşkil edir.

Əvvəlki iki endirim kimi, bu endirim də 0,25 faiz bəndi təşkil edib.

Proses əvvəllər Donald Tramp administrasiyasının iqtisadi siyasətinin inflyasiyanı artıra biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı.

FED iqtisadi aktivlikdə orta artım, məşğulluğun yavaşlaması və inflyasiya risklərinin artması qeyd edib.

...Mövcud göstəricilər iqtisadi aktivlikdə orta artımı göstərir... İnflyasiya ilin əvvəli ilə müqayisədə artıb və bir qədər yüksək olaraq qalır, - deyə FED bildirib və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin qaldığını əlavə edib.

FED əvvəllər baza faiz dərəcəsini 3,75-4 faizə endirib.

İyunun sonunda Donald Tramp FED-i əsas faiz dərəcəsini endirməyə çağırıb. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər onun administrasiyasında əsas faiz dərəcəsini endirəcək birisi olsaydı, bunu "çox asanlıqla" edə bilərdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə