Rusiyada dəmir yolunda partlayışlar baş verdi...

Hərbi logistika pozulub...

Novosibirsk və Bryansk vilayətlərində kritik əhəmiyyətli dəmir yolu obyektləri partladılıb.

SİA-nın məlumatına görə, RBC-Ukrayna mənbələrə istinadən xəbər verir ki, nəticədə Rusiya ordusunu təmin edən qatar xidməti pozulub.

Nəşrin mənbələrinə görə, 20 noyabr günortadan sonra Novosibirsk vilayətinin Barışevo kəndində Qərbi Sibir Dəmir Yolunun relslərində partlayış baş verib.

Hadisə nəticəsində relslər dağılıb, yük qatarlarının hərəkəti dayandırılıb və düşmənin logistika marşrutları pozulub. Bundan əlavə, 28 noyabrda Bryansk vilayətinin Uneça şəhərində partlayış baş verib.

Moskva Dəmir Yolunun (Bryansk qolu) Uneça qovşaq stansiyasında Bryansk-Qomel marşrutunda (Belarusa yanacaq və hərbi texnika daşımaq üçün istifadə edilən logistika marşrutu) yanacaq qatarı zədələnib.

Mənbələrə görə, partlayış nəticəsində ən azı iki yanacaq çəni məhv olub və dəmir yolu xətti zədələnib.

Rusiya kəşfiyyat orqanları bu təxribat aktlarının nəticələrini ört-basdır etməyə çalışıblar, lakin yerli sakinlər artıq sosial mediada partlayışlarla bağlı təəssüratlarını fəal şəkildə müzakirə edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə