Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərə və digər nikotin çatdırılma sistemlərinə tam qadağanı tətbiq edən qanunvericilik düzəlişlərini imzaladı.
Yeni qaydalar "Alkoqol və Tütün Məhsullarının Paylanması və İstehlakının Məhdudlaşdırılması haqqında" Qanunun bir hissəsinə çevrildi.
SİA-nın məlumatına görə, bu qadağanı pozmaq artıq cinayət məsuliyyəti yaradır.
Sənədə görə, qayda pozanlar 500 baza vahidinə qədər (təxminən 1,4 milyon rubl) cərimə, islah işləri və ya beş ilə qədər həbs cəzası ilə üzləşirlər.
Lakin qanunvericilər məsuliyyətdən azad olma ehtimalını təmin ediblər.
Cəzadan yayınmaq üçün qayda pozanlar könüllü olaraq cihazlarını təhvil verməli və günahlarını etiraf etməlidirlər. Bu tədbir postsovet məkanında ən sərt tədbirlərdən biridir və Özbəkistan hakimiyyətinin ölkədə veypinqi tamamilə aradan qaldırmaq əzmini nümayiş etdirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB