Rusiyaya məxsus Mi-8 helikopteri vurulub...

...Ukrayna Müdafiə Qüvvələri Kotlyarovka kəndi yaxınlığında Rusiyaya məxsus Mi-8 helikopterini FPV pilotsuz uçan aparatı vasitəsilə vurub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, helikopterin komandiri Mixail Avramenko olub.

...Bunu Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki rus itkilərinə nəzarət edən zabit Anatoli “Ştirlits” Stefan deyib.

Onun sözlərinə görə, helikopterə hücum zamanı Avramenko həlak olub.

...Ukrayna FPV ilə uğurla qarşılaşan Mi-8 helikopterinin komandiri, baş leytenant Mixail Avramenko həlak olub, - Ştirlits qeyd edib.

Rusiyaya məxsus Mi-8 helikopteri FPV pilotsuz uçan aparatı vasitəsilə vurulub.

Əməliyyatı həyata keçirən 59-cu Əlahiddə Hücum Briqadası rusları “havadan sürprizlər etməməyə” çağırıb, çünki bu, onlara “baha başa gələcək”.

Briqadanın mətbuat katibi Taras Mişak qeyd edib ki, bu, kifayət qədər uzun və yaxşı planlaşdırılmış əməliyyatdır. O, bir neçə gündür ki, rus pilotlarını “tutmağa” çalışdıqlarını deyib.

O, həmçinin bu təcrübənin genişləndirilə biləcəyinə və Rusiya helikopterlərinin vurulmasının adi hala çevriləcəyinə ümid etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə