Zelenski: Moskvada işıq kəsiləcək, əgər...

Rusiya Ukraynanın enerji sektoruna hücum etsə, problemlər yaranacaq...

...Rusiya başa düşməlidir ki, Kiyevdə işıqların kəsilməsi ilə hədələsə, Moskvada da işıq kəsiləcək. Ukrayna zəif olmayacaq və Rusiyanın enerji sektoruna hücumlarına cavab verəcək.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın 27-də verdiyi bəyanata istinadən məlumat yayıb.

Zelenski ruslara sivil və zəif ölkələr arasındakı fərqi öyrənməyi tövsiyə edib.

...Rusiya aydın şəkildə başa düşməlidir ki, sivil ölkələr vəhşi ölkələrdən onunla fərqlənir ki, onlar heç vaxt hücuma başlamaz və təcavüzkar deyillər. Amma bu, onların zəif olması demək deyil. Və zəiflik nümayiş etdirməyə ehtiyac yoxdur, - o qeyd edib.

Zelenski həmçinin söz verib ki, Kiyevdə işıqların kəsilməsi ilə bağlı təhdidlərə cavab olaraq ruslar Moskvada işıqları kəsə bilərlər.

O, ABŞ prezidenti Donald Trampın bu məsələdə onu tam dəstəklədiyini açıqlayıb.

...Əgər onlar, məsələn, Ukraynanın paytaxtında işıqların kəsilməsi ilə hədələyirlərsə, o zaman Kreml bilməlidir ki, Rusiya paytaxtında işıqlar kəsiləcək. Bu, bir sözlə, prezidentlə müzakirə etdiyimiz müxtəlif məqamları əhatə edir, - Ukrayna lideri qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə