Belarusda yeni avtomobil satışları 13,5 faiz azalıb...

Ekspert bunun səbəbini açıqlayıb...

...Rusiya kimi, qardaş Belarusda da yeni avtomobil alanların sayı azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belarusda may ayında da yeni minik avtomobillərinin satış tempi azalmaqda davam edib.

Belarus Avtomobil Assosiasiyasının məlumatına görə, ötən ay assosiasiya dilerləri aprel ayı ilə müqayisədə 13,5 faiz az olmaqla 3415 yeni minik avtomobili və yüngül ticari avtomobil satıb.

Apreldə satış həcmi mart ayı ilə müqayisədə 9,9 faiz azalıb. Belarus Avtomobil Assosiasiyasının fikrincə, bu ölkədə tendensiyanın əsas səbəbi kredit şərtlərinin dəyişməsidir.

Minsk-Lada ASC-nin baş direktoru, Belarus Avtomobil Assosiasiyasının direktorlar şurasının üzvü Aleksandr Stelmaxın sözlərinə görə, may ayında satışda Belgee/Geely brendi birinci, LADA ikinci yerdədir.

Elektrikli avtomobil satışları ümumi satışların 13 faizini təşkil edir. Eyni zamanda ekspert qeyd edib ki, 2025-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çox avtomobil satılıb. Ona görə də uzunmüddətli perspektivdə bazar artım göstərir.

Belaruslu baş direktor deyib bunu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə