Hindistanlı müsəlman qadınlar haqqında yazılan kitab...

...nüfuzlu mükafata layiq görülüb

...Hindistanlı yazıçı Banu Muştaq “Ürək lampası” əsərinə görə nüfuzlu Buker mükafatını qazanıb. (...ingilis ədəbiyyatı dünyasının ən nüfuzlu mükafatlarından biridir –A.B.)

SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. Deməli, Hindistanın cənubundakı müsəlman qadın və qızların həyatından bəhs edən kitabı yazmaq müəllifə təxminən 30 ilə (1990-cı illərdən 2023-cü ilə qədər) başa gəlib.

...Qeyd edilməlidir ki, 12 qısa hekayə toplusu Hindistanın cənubundakı patriarxal icmalarda yaşayan adi qadınların dözümlülüyünü, müqavimətini, bacarıqlılığını və bacılığını təsvir edir.

Bu hekayələr zəngin şifahi hekayəçilik ənənəsi vasitəsilə canlı şəkildə canlandırılır.

Sərt, mətanətli analardan tutmuş itaətkar nənələrə, qəddar ərlərdən şən övladlara qədər bu hekayələrdəki qadın personajlar ciddi çətinliklərə və haqsızlığa dözsələr də, itaətsizliklərini, daxili güclərini qoruyub saxlayırlar.

Bunu mükafat komitəsi bildirib.

...Yazıçının sözlərinə görə, onun hekayəsi “şərtsiz itaət tələb olunan və beləliklə də qeyri-insani qəddarlığa məruz qalan” qadınlarla qarşılıqlı münasibətinə əsaslanır.

...Bir hüquqşünas, fəal və yazıçı kimi hər gün - gündəlik həyatımda bunun şahidi oluram. Çoxlu qadınlar yanıma gəlir. Bütün problemlərini özləri ilə gətirirlər. Onlar rahatlıq axtarırlar.

Bunu Banu Müştaq bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə