Trampın Ukraynada müharibəni bitirmək yolları bəyənilmir...

Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çalışmasını bəyənmir.

SİA-nın məlumatına görə, bu, “The New York Times” və Siena Kollecinin aprelin 25-də dərc etdiyi sorğunun nəticələrinə görədir.

Konkret olaraq, respondentlərin 56 faizi Trampın müharibəyə yanaşmasını ümumiyyətlə bəyənmir, o cümlədən 42 faizi kəskin etirazını bildirib.

35 faiz Trampın hərəkətlərini dəstəklədiyini bildirib: 20 faiz- "qətiyyətlə təsdiqləyir", digər 15 faiz - "müəyyən dərəcədə təsdiqləyir".

9 faiz isə bu suala cavab verə bilməyəcəyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə