Rusiyaya məxsus sərnişin təyyarəsinin pilotları UFO görüblər

Rusiyanın “Azimut” aviaşirkətinin pilotları səmada naməlum uçan obyekt (UFO) görüblər.

SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır.

Martın 7-də Penzadan Mineralnıye Vodıya gedən sərnişin laynerində gözlənilməz vəziyyət yaranıb.

Uçuş zamanı ekipaj gümüş rəngli top müşahidə etdiyini bildirib. Lakin uçuşların təhlükəsizliyinə heç bir xələl gəlməyib.

Hadisə ilə bağlı hava hücumundan müdafiə orqanları məlumatlandırılıb.

Nəticədə təyyarə təhlükəsiz şəkildə təyinat hava limanına enib.

...Bir müddət əvvəl göyərtəsində rusların olduğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarədə yerə təhlükəli yaxınlaşma barədə siqnal daxil olub.

Hadisə çərşənbə günü, martın 5-də Bakıdan Moskvaya uçan Airbus A319 təyyarəsində baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə