Fransanın keçmiş prezidenti Aİ-ni Trampı vurmağa çağırıb

Donald Tramp yalnız pul kisəsinə, pula cavab verir

Fransanın keçmiş prezidenti Fransua Olland deyib ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampa zərbə endirməlidir.

SİA-nın məlumatına görə, o, BFMTV-yə müsahibəsində buna çağırış edib.

...Donald Tramp yalnız pul kisəsinə, pula cavab verir. Onun yeganə davranışı budur... Biz avropalılar və fransızlar öndə olmalıyıq. Onu çox, çox sərt vurmalıyıq.

Bunu deyən Olland bildirib ki, Amerika lideri “həyasızcasına” Ukraynadan nadir torpaq metalları tələb edib və Kiyevə təhlükəsizlik zəmanəti verməkdən imtina edib. ...Hər dəfə o, təzminat və ya pul istəyir, - Fransanın keçmiş prezidenti vurğulayıb.

Siyasətçi bildirib ki, avropalılar Amerika iqtisadiyyatına və puluna zərər vurmağa çalışmalıdırlar.

Xatırladaq ki, Tramp daha əvvəl Ukrayna ilə "çox yaxında" nadir torpaq metalları müqaviləsi imzalamağa ümid etdiyini bildirmişdi.

O vurğulayıb ki, Vaşinqton Kiyevə yardımdan pul itirməməlidir və Amerika tərəfinin təklif etdiyi sövdələşmə buna imkan verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə