"Lukaşenko ilə danışacaq heç nəyim yoxdur..."

...Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında Belarus liderinin son bəyanatlarını şərh etmək istəməyib.

...Mənim Lukaşenko ilə dialoqum başa çatıb. Onunla mübahisə edəcək başqa heç nəyim yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Nikol Paşinyan deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın “hraparak.am” nəşri Ermənistanın Lukaşenko rejimi ilə diplomatik münasibətləri kəsə biləcəyini yazmışdı.

...İrəvan Belarus liderinin “Dağlıq Qarabağın itirilməsində” Nikol Paşinyanın günahkar olması ilə bağlı bəyanatlarına cavab hazırlayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə