Türkiyə Qəzzaya 24 ton humanitar yardım göndərdi

Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib
Türkiyə Qəzzaya 24 ton humanitar yardım göndərdi

Türkiyənin Qəzza sakinləri üçün hazırladığı 24 ton humanitar yardım dünən İordaniyaya çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda bu ifadələrə yer verilib:"Qəzzalı qardaşlarımız üçün hazırlanan 24 ton humanitar yardım Hərbi Hava Qüvvələri Komandanlığımıza aid A400M təyyarəsi ilə İordaniyanın Marka Beynəlxalq Hava Limanına çatdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə