...Cozef Bayden başda olmaqla, istefa verən ABŞ administrasiyası iddia edir ki, nə Ukrayna, nə də Rusiya danışıqlara hazır deyil.
...Hazırda bu və ya digər tərəfin danışıqlara hazır olduğuna dair heç bir gözlənti yoxdur.
SİA-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən deyib.
...Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 29-da TASS-a müsahibəsində dediyi kimi, Moskva Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin razılaşmalar elə olmalıdır ki, onlar pozulmasın.
Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin ilin sonunda keçirdiyi mətbuat konfransında Moskvanın nizamlanma ilə bağlı prinsipial mövqeyini ortaya qoymasına diqqət çəkib.
...Biz hər zaman danışıqlara hazır olmuşuq və hazırıq. Öz növbəmdə mən xüsusilə vurğulamaq istərdim ki, biz yalnız münaqişənin köklü səbəblərini aradan qaldırmalı və münaqişənin həlli mexanizmini özündə ehtiva edən etibarlı, hüquqi qüvvəyə malik sazişlərdən danışmaq olar. Təbii ki, onları pozmaq mümkün deyil.
Bunu Lavrov qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə