Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ölkənin Nazirlər Kabinetinin hazırkı rəhbəri Keir Starmeri Britaniya iqtisadiyyatının çökməsində günahlandırmaqdan əl çəkməsə, onu məhkəməyə verəcəyi ilə hədələyib.
SİA-nın məlumatına görə, bu barədə Daily Mail xəbər verir. Qeyd olunur ki, keçmiş baş nazirin vəkilləri artıq Starmerə xəbərdarlıq göndərərək ondan böhtan yaymağı dayandırmağı tələb ediblər.
...Biz razılaşmırıq ki, sizin böhtan xarakterli bəyanatlarınızda qeyd olunan müvafiq dövr ərzində bazarda baş verən hər hansı bir hərəkət sözün istənilən mənasında "iqtisadi çöküş" kimi təsnif edilə bilər.
Bu, hazırkı baş nazirə ünvanlanan məktubda deyilir.
Yada salaq ki, Trass Böyük Britaniyanın baş naziri vəzifəsində cəmi 49 gün çalışıb və bununla da hakimiyyətdə ən uzun müddət qalmaq üzrə antirekord qeydə alıb. Onun istefasına səbəb funtun rekord həddə düşməsi və böhrana səbəb olan iqtisadi planının tənqidi olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə