Lipetskdə kölgə bankirlərinin dəstəsi yaxalanıb

Rusiyada, Lipetskdə kölgə bankirlərinin dəstəsi tutulub. Onlar 100 milyon rublu yuya biliblər.

SİA-nın məlumatına görə, axtarışlar zamanı polis bağlamalarda avro və dollar aşkar edib.

Mənzillər isə bank anbarlarına bənzəyirdi - hər yerdə açılmalı olan seyflər var idi.

Müstəntiqlərin fikrincə, şübhəlilər dummiyalardan istifadə edərək uydurma şirkətlər yaradıb və hesablar açıblar.

Onların köməyi ilə məbləğin 13 faizini alaraq pulu nağdlaşdırıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə