İran Suriyaya qoşun göndərməklə hədələyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Suriyaya öz qoşunlarını göndərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə IRNA agentliyi yazıb.

Onun sözlərinə görə, Suriya hökuməti Suriyaya çağırış edərsə, İran Suriyaya qoşun yeritməyə hazırdır. Eyni zamanda, Əraqçi onu da əlavə edib ki, hazırda İran ABŞ-la danışmağa hazırlaşmır, həmçinin Avropa ilə nüvə danışıqlarından ehtiyatlanır.

...Əgər Suriya hökuməti İrandan bu ölkəyə qoşun yeritməsini istəsə, biz bu tələbi nəzərdən keçirəcəyik; İran ərəb ölkələrində müqavimət qruplarına rəhbərlik etmir və onlarla heç bir təşkilati əlaqələri yoxdur, lakin onların işini dəstəkləyir və lazım gəldikdə kömək edir. Biz gözləyirik ki, Amerikanın yeni hökuməti hansı siyasətləri həyata keçirəcək, sonra biz öz siyasətimizi inkişaf etdirəcəyik.

Xatırladaq ki, noyabrın 27-də islamçı qruplaşmalar Suriyanın Hələb əyalətinə genişmiqyaslı hücuma keçib, bu zaman silahlılar artilleriya, minaatan və ağır texnikadan istifadə ediblər. Noyabrın 30-da yaraqlılar vilayətin əsas şəhərini ələ keçiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə